Zidan: "Ronaldo məndən yaxşı futbolçudur"

11 Dekabr 2017 03:19 (UTC+04:00)

"Real"ın baş məşqçisi Zinəddin Zidan Kriştiano Ronaldonun özünü dünya futbol tarixininin ən yaxşı oyunçusu adlandırmasına münasibət bildirib. İspaniya mətbuatının yazdığına görə, fransalı mütəxəssis portuqaliyalı hücumçunun fikri ilə razılaşıb:

"Statistika hər şeyi göstərir. Ronaldo məndən yaxşı futbolçudur. O, hətta tarixin ən yaxşı oyunçusudur.Ronaldo meydanda möhtəşəm işlər görür. Klub tarixinə keçib. Ümid edirəm ki, o, karyerasını "Real"da başa vuracaq".