Rusiyadan Trampa cavab: "Hitlerə qalib gələ bilməzdiniz!"

10 Dekabr 2017 05:16 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampın dünya müharibələrində qazanılan qələbələr barədə açıqlamasından sonra rusiyalı senator Aleksey Puşkov Vaşinqtonun müharibədəki tarixi roluna diqqət çəkib. Bu barədə senator Tvitter hesabında yazıb.

“ABŞ-ın tarixi rolunu qiymətləndirərkən Tramp düşünməlidir: I Dünya müharibəsində ABŞ-ın rolu kömək xarakteri daşıyırdı, ikincidə isə SSRİ olmadan Hitlerə qalib gələ bilməzdi”, - Puşkov deyib.