"Şaxtyor"un futbolçusu Ukraynanın ən yaxşısı seçilib

10 Dekabr 2017 02:21 (UTC+04:00)

Ukraynada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Bu barədə Ukrayna Futbol Federasiyasının saytında məlumat yerləşdirilib. Xəbərə görə, Ukrayna millisinin və "Şaxtyor"un yarımmüdafiəçisi Marlos ölkənin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Andrey Yarmolenko və Fredi qabaqlayıb.