Tanınmış müğənnilərin ifasında bayram konserti

9 Dekabr 2017 16:18 (UTC+04:00)

Dekabrın 21-də Heydər Əliyev Sarayında tanınmış müğənnilərin ifasında “Yeni il gəlir” adlı konsert proqramı təqdim olunacaq. Sarayın mətbuat xidmətindən SİA-ya bildiriblər ki, “Mədəniyyət” kanalı ilə birgə təşkil olunacaq konsertdə Xalq artistləri Mənsum İbrahimov, Nazpəri Dostəliyeva, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Zaur Rzayev, Əməkdar artistlər Zakir Əliyev, Babək Niftəliyev, Manana, Ədalət Şükürov, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov və başqaları iştirak edəcəklər.

İştirak etmək istəyənlər biletləri Heydər Əliyev Sarayının, şəhərin kassalarından, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan və www.iticket.az saytından onlayn əldə edə bilərlər.

Ceyran Əsgərova