Müğənni Niyam Salami "İnstagram" səhifəsində Təbrizli fanatı ilə lentə alınmış videosunu paylaşıb.
SİA-nın məlumatına görə, ifaçı həmin görüntülərə "Təbrizdən gəlib ki, məni yaxından görsün. Səhnəyə çıxmaq olmaz. Amma ürəyim dözmədi. Ona qoşulub rəqs etdim” sözlərini yazıb.
Onun bu videosu böyük səs-küyə səbəb olub. İranlı xanımların rəqsinə izləyicilər tənqidlər yazıb. Niyam daha sonra videodakı şərh yerini bağlayıb.