Sumqayıtda dəhşətli yol qəzası: 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb

8 Dekabr 2017 05:17 (UTC+04:00)

Sumqayıtda 3 nəfərin ölümünə səbəb olan avtomobil qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir ki, Sumqayıt şəhərində “Kamaz“ markalı yük avtomobili və “Mercedes” markalı minik avtomobili toqquşub. “Nəticədə minik avtomobilində olan 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəsədləri və xəsarət alan şəxsi deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər”, - deyə məlumatda bildirilir.