"İsrail narahatdır ki, İran əsgərləri Suriyada qalacaq"

8 Dekabr 2017 01:23 (UTC+04:00)

"İsrail narahatdır ki, İŞİD tam məhv edildikdən sonra da İran hərbi qüvvələri Suriyada qalacaq." Bu sözləri İsrailin Rusiyadakı səfiri Harri Koren RİA-ya açıqlamasında deyib.

“Ötən gün Rusiya tərəfi Suriyada İŞİD-in məhv edildiyi barədə açıqlama verdi. Əgər mübarizə bitibsə, İranın orada nə işi var? İran tərəfi təcili sürətdə əməliyyatları azaltmalıdır”, - diplomat bildirib.