Fərid Qayıbov Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsindən istefa verib

8 Dekabr 2017 00:16 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə əlaqədar AGF-dəki vəzifəsindən istefa verib. F.Qayıbov AGF ilə UEG arasında maraqların toqquşmaması baxımından baş katib vəzifəsindən azad olunması ilə bağlı AGF-in İcraiyyə Komitəsinə müraciət edib.

AGF İcraiyyə Komitəsinin yaxın günlərdə keçirilməsi nəzərdə tutulan iclasında Federasiyanın yeni baş katibinin adı açıqlanacaq. F.Qayıbov iclasa qədər bu vəzifəni icra edəcək.