Moldova parlamenti Rusiya TV-lərinin yayımını qadağan edib

7 Dekabr 2017 21:45 (UTC+04:00)

Moldova parlamenti Rusiya telekanallarının ölkədə yayımını məhdudlaşdıran qanun layihəsini qəbul edib. Axar.az xəbər verir ki, qanun layihəsini parlamentdəki 101 deputatdan 61-nin dəstəklədiyi barədə açıqlama yayılıb. Qanun layihəsi əleyhinə Sosialistlər Partiyası və Kommunist Partiyası səs verib. Bu partiyaların deputatları qərara etiraz olaraq parlament zalını tərk ediblər.

Qeyd edək ki, qanun layihəsindəki qadağanın Rusiyanın məşhur telekanallarına aid olunduğu bildirilsə də, adlar açıqlanmayıb.