İsveçrəli həkimlər Mərkəzi Klinikada olublar

7 Dekabr 2017 22:17 (UTC+04:00)

Dekabrın 14-dən 18-dək İsveçrənin məşhur Cenevrə Universitetinin Ürək cərrahiyyəsi və Uşaq kardiologiyası üzrə həkim briqadası Mərkəzi Klinikanın Anadangəlmə Ürək Qüsurları Mərkəzində xəstələri qəbul edəcək.

Klinikanın məlumatında deyilir ki, həkimlər uşaqlarda anadangəlmə ürək qüsurlarının müayinə və diaqnostikasını həyata keçirəcək, müasir üsullarla qapalı və açıq ürək əməliyyatlarını icra edəcəklər.