Lionel Messi Avropada ən məhsuldar futbolçu seçilib

7 Dekabr 2017 18:18 (UTC+04:00)

Avropada geridə qalan mövsümün ən məhsuldar futbolçuları açıqlanıb. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytında yer alan xəbərə görə, futbolçuların yalnız ölkə çempionatında vurduqları qollar nəzərə alınıb. Sıyahıda 1-ci yeri “Barselona”nın lideri Lionel Messi tutub. O, buna La Liqada vurduğu 37 qolla nail olub. PSJ-nin hücumçusu Edinson Kavani 2-ci, “Sportinq”in qol “maşını” Bas Dost isə 3-cü yerdə qərarlaşıb. 2012 və 2013-cü illərdə də zirvədə qərarlaşan Lionel Messi bununla 3-cü dəfə qitənin ən çox qol vuran oyunçusu olub.

İlk “10-luq”

1. Lionel Messi (“Barselona”) – 37 qol

2. Edison Kavani (PSJ) - 35

3. Bas Dost (“Sportinq”) - 34

4. Pyerr-Emerik Obameyanq (“Borussiya”, Dortmund) - 31

5. Robert Levandovski (“Bavariya”) - 30

6. Luis Suares (“Barselona”) - 29

6. Harri Keyn (“Tottenhem”) - 29

6. Edin Dzeko (“Roma”) - 29

9. Aleksandr Lakazett (“Lion”) - 28

9. Dris Mertens (“Napoli”) - 28