Rusiya XİN narahatdır

7 Dekabr 2017 16:21 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Donald Trampın ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi barədə açıqlamasını narahatlıqla qarşılayıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qurum bununla bağlı rəsmi açıqlama da yayıb: “ABŞ-ın qərarından narahatıq. Biz Qərbi Qüdsü İsrailin, Şərqi Qüdsü isə Fələstinin paytaxtı tanıyırıq.Düşünürük ki, bu doğru və balanslaşdırılmış mövqedir”.