UEFA "Milan"ın izahatını qəbul etməyib

7 Dekabr 2017 15:40 (UTC+04:00)

UEFA "Milan"ın "Financial fair play" qaydalarını pozmaqla bağlı izahatını qəbul etməyib. SİA-nın məlumatına görə, klub rəhbərliyi quruma maliyyə durumunu normala qaytarmaq üçün hazırlanan inkişaf planı təqdim edib. Amma UEFA bunu qeyri-real hesab edib.

"Rossoneri" maliyyə planlarını əsasən Çempionlar Liqasında iştirak üzərində qurub. Komanda A Seriyasında lazımi nəticələr qazanmadığından bu layihə şübhə altındadır. Milan klubunu böyük həcmdə cərimə və ya Avrokuboklara buraxılmamaq cəzası gözləyir.