Dağıstanda 4.9 bal gücündə zəlzələ olub

7 Dekabr 2017 13:55 (UTC+04:00)

Dağıstanın qərbində 4.9 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ümumilikdə respublika ərazisində zəif də olsa yeraltı təkanlar hiss olunub. Zəlzələnin dərinliyi 7 kilometr dərinliyində baş verib.

Hazırda dağıntılar və zərərçəkənlər haqqında heç bir məlumat verilmir.