Aynişan: "Mən çox çətinliklər görmüşəm" AÇIQLAMA-FOTOLAR

7 Dekabr 2017 14:07 (UTC+04:00)

Müğənni Aynişan bıəzi insanların göründüyü kimi olmadıqlarını bildirib. SİA-ya açıqlama verən ifaçı hər kəsə səbrli olmağı arzu edib: "Hər bir insanın həyatında xoşagəlməz hadisələr olur. Çətin anlar yaşayır. Hər çətinlik bir sınaqdır. Əsas məsələ oradan necə çıxmağımızdır. Allah səbr verir. Önəmli olan əvvəlkindən daha dözümlü olmaq və səbr etməkdir. Ətrafınızda gördüyünüz hər kəs özünə görə çətinliklər yaşayıb. Məndə həmçinin. Uzaqdan bəzən insanların həyatı çox əlçatmaz və xoşbəxt görünə bilər. Amma bilin ki, o insanlar sadəcə sizinlə paylaşdığı qədəri görürsünüz. Heç kim insanın içində nələr yaşadığını bilə bilməz.

Ən böyük bir problemin sadəcə bir dönəm olduğunu düşünün, güc toplayın ayağa qalxın. Həmişə demişəm "Həyat gücsüzü əzər". Zaman hər şeyi öz yerinə qoyur. Heç bir şey əbədi deyil. Hər şey düzələcək. Yetər ki siz yaxşı insan olun. Zaman gələcək keçmişdə dərt etdiklərinizi yadınıza salacaqsınız və o yaşadıqlarınız bu gün xoşbəxt olmağınız üçün yaşandığını anlayacaqsınız".