Ölkə çempionatı davam edir - FOTOLAR

7 Dekabr 2017 13:06 (UTC+04:00)

Bu gün Milli Gimmastika Arenasında akrobatika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi, aerobika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi, tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatının ikinci gününə start verilib. SİA-nın məlumatına görə, yarışın ikinci günündə balacalar, uşaqlar, yeniyetmələr və böyüklər yaş kateqoriyalarına daxil olan akrobatlar, 7-8, 9-11 və 12-14 yaşlı aerobika gimnastları medallar uğrunda mübarizə aparırlar.

Gimnastlar qarışıq cütlüklər, kişi qrupu, kişi cütlükləri, qadın qrupları və cütlükləri halında bacarıqlarını nümayiş etdirirlər.