100-dən çox xəstəyə dövlət hesabına böyrək köçürülüb

5 Dekabr 2017 13:45 (UTC+04:00)

Azərbaycanda bu günə kimi 100-dən artıq xəstəyə dövlət hesabına böyrək transplantasiyası uğurla icra ediliib. Səhiyyə Nazirliiyndən SİA-ya verilən məlumata görə, belə xəstələrdən biri olan Qasım Ağamətov üzərində bu günlərdə transplantasiya əmliyyatı aparılıb.

Əməliyyat akademik M.Cavadzadə adına Uroloji Mərkəzdə Mircəlal Kazımı tərəfindən aparılıb.

O qeyd edib ki, həmin xəstə 15 il hemodializ olunub: “Belə ki, uzun müddət dializdə olan xəstələrdə ürək damar çatmamazlığı əmələ gəlir. Bu xəstənin də ürək fəaliyyəti 30%, damarları isə keyfiyyətsiz olub. Texniki çətinliyə baxmayaraq, xəstəyə bacısından alınan böyrək müvəffəqiyyətlə nəql edilib. Xəstə artıq normal vəziyyətdə evinə yazılıb. O, bundan sonra həyatına normal, sağlam insan kimi davam edəcək”.