Çində 6 nəfər yanğının qurbanı olub

1 Dekabr 2017 12:31 (UTC+04:00)

Çinin Tiencin şəhərində binaların birində baş verən yanğında azı 6 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə səhər erkən saatlarda baş verib. Alov bir neçə saat ərzində söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Hazırda təhqiqat aparılır.