Türkiyədə güclü zəlzələ olub

25 Noyabr 2017 09:57 (UTC+04:00)

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına görə, zəlzələ Muğla vilayətində qeydə alınıb.

Yeraltı təkanların episentri Muğla vilayətinin Ula rayonunda, ocağı isə 25 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.