Ötən ay balıqçılıq məhsullarının istehsalçı qiymətləri dəyişməyib

24 Noyabr 2017 23:38 (UTC+04:00)

2017-ci ilin oktyabr ayında balıq və digər balıqçılıq məhsulları, həmçinin meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, oktyabr ayında sentyabr ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,7 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 1,2 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,1 faiz bahalaşıb.