Qış fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb

24 Noyabr 2017 19:04 (UTC+04:00)

Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.

O qeyd edib ki, qış fəslinin Azərbaycana gəlişi dekabrın 21-i Bakı vaxtı ilə saat 20:27-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq.