Valeh Ələsgərov Qazaxıstana gedir

24 Noyabr 2017 15:48 (UTC+04:00)

Milli Məclisin sədr müavini Valeh Ələsgərov Qazaxıstana səfər edəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Qazaxıstanın Birinci Prezident günü münasibəti ilə keçiriləcək beynəlxalq parlament konfransında iştirak etmək üçün noyabrın 25-27-də bu ölkədə səfərdə olacaq.

Tədbir Astana şəhərində keçiriləcək.