Dağıstanda ağır yol qəzası olub, 5 nəfər ölüb

24 Noyabr 2017 02:39 (UTC+04:00)

Dağıstanda ağır yol qəzası baş verib. Axar.az RİA-ya istinadən xəbər verir ki, Buynaksk rayonunda avtomobillərin toqquşması nəticəsində 5 nəfər dünyasını dəyişib.

Olay nəticəsində 3 nəfərin də ağır xəsarətlər aldığı bildirilib. Faktla bağlı araşdırma aparılır.