UEFA “Bavariya”ya qarşı intizam işi qaldırıb

24 Noyabr 2017 02:03 (UTC+04:00)

UEFA “Bavariya”ya qarşı intizam işi qaldırıb. UEFA-nın bu addımı atmasına, Münhen klubunun azarkeşlərinin davranışları səbəb olub. Belə ki, futbol üzrə UEFA Çempionlar Liqasının V turunun “Anderlext”ə qarşı səfər oyununda alman fanatlar meydana saxta pullar atıblar. Buna səbəb isə Belçika klubunun onlar üçün biletləri olduqca baha qiymətə satmasıdır.

Qeyd edək ki, həmin oyunda qonaq azarkeşlər üçün biletlər 100 avroya satılıb.