"Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur"

24 Noyabr 2017 00:02 (UTC+04:00)

Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində. Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur.

AZƏRTAC xəbər verir ki, M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yerevana son səfərini şərh edərək deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir, çünki bu mövzu bizə dost olan iki dövlətə, münasibətlərimizi inkişaf etdirdiyimiz xalqlara aiddir. Çox istərdik ki, bu problemli məsələ nəhayət nizamlansın”.