Yeni Zelandiya millisi baş məşqçisiz qaldı

23 Noyabr 2017 22:03 (UTC+04:00)

Yeni Zelandiya millisinin baş məşqçisi Entoni Hadson istefa verib. Bu barədə məlumatı yerli futbol federasiyasının rəsmi saytı yayıb. Millinin DÇ-2018-dən kənarda qalması baş məşqçinin göndərilməsi ilə nəticələnib. Hadson 2014-cü ildən Yeni Zelandiya millisini çalışdırırdı.

Qeyd edək ki, Yeni Zelandiya DÇ-2018-in seçmə mərhələsinin qitələrarası pley-off oyununda Peruya duzmuşdu (0:0, 0:2).