Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb (FOTOLAR)

23 Noyabr 2017 13:12 (UTC+04:00)

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.

NATO-nun baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.