Abbas Bağırov şəxsi həyatına görə səhnədən gedir?

23 Noyabr 2017 13:09 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov bir müddətlik şəxsi həyatı ilə əlaqədar olaraq efirlərdən uzaqlaşır. SİA-nın məlumatına görə, müğənni bildirib ki, bütün dəvətlərdən imtina edib: “Hörmətli telekanal və radio verilişlərinin əməkdaşları: Məni müəyyən səbəblərə görə heç bir verilişlərə dəvət etməməyinizi xahiş edirəm. Səbəb, mənim şəxsi işlərimlə bağlıdır. Diqqətinizə görə təşəkkür edirəm”.