Türkiyə: "NATO bu məsələyə əngəl ola bilməz"

23 Noyabr 2017 02:45 (UTC+04:00)

"NATO Rusiyadan Türkiyəyə S-400 havadan müdafiə sistemlərinin gətirilməsinə əngəl ola bilməz."

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sözçüsü Murad Baybatur bildirib. Baybatur NATO-nun sözügedən məsələyə qarışmaq haqqının olmadığını, ittifaqa üzv olan digər ölkələrin də NATO xaricində istehsal olunan sistemlərdən istifadə etdiyini vurğulayıb.