UEFA "Real"ın futbolçusunu cəzalandıracaq

23 Noyabr 2017 01:04 (UTC+04:00)

UEFA "Real"ın futbolçusu Daniel Karvaxala qarşı intizam işi açıb. Qurumun rəsmi saytında yer alan xəbərə görə, ispaniyalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə lə oyunda bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.
Qeyd edək ki, "Real"ən 6:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində Karvaxal vaxtı uzatdığı üçün sarı vərəqə alıb. Bununla da cəzalı duruma düşən 25 yaşlı müdafiəçi qrup mərhələsinin son turunda "Borussiya" (Dortmund) ilə qarşılaşmanı buraxacaq. Belə olan halda o, 1/8 final mərhələsində iştirak edə biləcək. UEFA məsələyə dekabrın 7-də baxılacağını açıqlayıb.