Ərdoğan Soçidə Həsən Ruhani ilə görüşüb

22 Noyabr 2017 21:21 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərində iranlı həmkarı Həsən Ruhani ilə danışıqlar aparıb. Anadolu informasiya agentliyi xəbər verir ki, görüş yerli vaxtla saat 15:50-də başlayıb və mətbuat üçün qapalı rejimdə keçib.

Bir qədər əvvəl, yerli vaxtla saat 16:40-da (Bakı vaxtı ilə saat 17:40) Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb. Kremlin mətbuat xidməti danışıqların gedişində Astana formatında müştərək fəaliyyətlər nəzərə alınmaqla, Suriya münaqişəsinin tənzimlənməsi məsələsinin müzakirə ediləcəyini bildirib.