ABŞ yeni sanksiyalar tətbiq edib

22 Noyabr 2017 14:05 (UTC+04:00)

ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına bir Çin vətəndaşı və 13 şirkət daxil edilib.

Məlumata əsasən sanksiya siyahısına salınan Dandong Dongyuan Industrial Co. Ltd., Dandong Hongda Trade Co., Dandong Kehua Economic аnd Trade C və Dandong Xianghe Trade Co şirkətləri Çində qeydiyyatdan keçib.