Müğənni: "Sevginin nə yaşı, nə də mövsümü var" AÇIQLAMA

21 Noyabr 2017 14:02 (UTC+04:00)

Müğənni Asif Məhərrəmov repertuarında yenilik edib. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Yeni mahnı ərsəyə gətirmişik. Bəstə "Bəlkə qayıdasan" adlanır. Mahnının sözləri Rəşad Nağı Mustafayevin, musiqisi mənim, aranjemanı isə Loğman Yusubundur. Bu bəstəm də sevgiyə həsr olunub. Xüsusu ilə qeyd edim ki, ifa etdiyim mahnıların hamısı məhəbbət mövzusundadır. Çünki hazırda gənclərimiz sevgiyə aid bəstələri dinləyirlər. Sevgi elə bir hisdir ki, bunun nə yaşı nə də mövsümü var".