ABŞ-da təlim təyyarəsi qəzaya uğrayıb

21 Noyabr 2017 13:30 (UTC+04:00)

ABŞ Hərbi-HavaQüvvələrinə məxsus “T-38 Talon” təlim təyyarəsi qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə Texas ştatında baş verib.

Qəza nəticəsində bir pilot ölüb, digəri yaralı olaraq xəstəxanaya yerləşdirilib.