DİN Sabirabaddakı ağır yol qəzası barədə məlumat yaydı

21 Noyabr 2017 12:47 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Sabirabaddakı yol qəzası barədə məlumat yayıb. SIA nazirliyin saytına istinadən yaydığı xəbərə görə, noyabrın 20-də saat 8.00 radələrində Sabirabad rayonunun Bulaqlı kəndində Beyləqan rayon sakini Şamil Əsədovun idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini Asim Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Əsədovun sərnişinlərindən qızı Fidan xəstəxanaya aparılarkən yolda ölüb, digər qızı, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.