Belçikanın metallurgiya zavodunda partlayış olub

20 Noyabr 2017 22:43 (UTC+04:00)

Belçikanın Gent şəhərində “ArcelorMittal” metallurgiya şirkətinə aid zavodda partlayış baş verib. RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Belçika Federal polisi məlumat yayıb. “Biz azı bir neçə nəfərin zərər çəkdiyini təsdiqləyə bilərik. Hazırda əlimizdə olan bütün məlumat bundan ibarətdir”, - deyə federal polisin nümayəndəsi bildirib.

“Soir” nəşri isə VTM telekanalına istinadla partlayış nəticəsində bir nəfərin öldüyü barədə məlumat yayıb.