Pakistanda ağır qəza baş verib

20 Noyabr 2017 14:03 (UTC+04:00)

Pakistanın cənubunda, Sind vilayətinin Hayrpur şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə yük maşını ötmə əməliyyatı keçirərkən baş verib.

Yük maşının avtobusla toqquşması nəticəsində 17 nəfər ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan 2-nin vəziyyəti ağırdır.