Könül Kərimovanın ailəsində xoş gün FOTO

20 Noyabr 2017 12:09 (UTC+04:00)

Bu gün müğənni Könül Kərimovanın ailəsində xoş an yaşanacaq. SİA-nın məlumatına görə, sənətçinin qızı Ləmanın xına mərasimi olacaq.

Şəhər restoranlarının birində baş tutacaq məclisi rəqqasə Fatimə Fətəliyeva idarə edəcək.

Xınaya şou-biznes nümayəndələri dəvət olunublar.

Qeyd edək ki, Ləman Orxan adlı şəxslə ailə qurmağa hazırlaşır. Cütlüyün toyu noyabrın 27-də olacaq.