Böyük elçi ATMU kollektivi ilə görüşüb

20 Noyabr 2017 10:26 (UTC+04:00)

İndonesiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Husnan Bey Fananie Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. SİA-nın məlumatına görə, ATMU-nun rektoru İlham Mədətov tərəfindən səmimi qarşılanan böyük elçiyə təhsil-təlim-təcrübə modeli və beynəlxalq əlaqələrin səmərəsi barədə məlumat verilib. Söhbət əsnasında turizm ixtisasında təhsil alan tələbələrin İndoneziya Respublikasının nüfuzlu otel və turizm müəssisələrində istehsalat təcrübəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.