“Yuventus” “A” seriyasındakı 5000-ci qolunu vurub

20 Noyabr 2017 09:31 (UTC+04:00)

“Yuventus”un hücumçusu Qonsalo İquainin “A” seriyasının 13-cü turunda “Sampdoriya” ilə görüşdə (2:3) penaltidən vurduğu qol komandası üçün əlamətdar olub. SİA-nın məlumatına görə, argentinalı forvard Turin klubunun “A” seriyasındakı 5000-ci qolunun müəllifi olub.

“Yuventus” bu göstəriciyə çatan ilk İtaliya klubu kimi tarix düşüb.