Qara düyü barədə ŞOK məlumat: Xərçəngin şəfasıdır!

20 Noyabr 2017 05:03 (UTC+04:00)

Luiziana Universiteti alimlərinin tədqiqatları göstərib ki, tərkibində şəkərin miqdarı aşağı olan qara düyü ürək və xərçəng xəstəliklərinin müalicəsinə kömək edir.

Alimlər qara düyünün kəpəyinin antioksidantlarla zəngin olduğunu aşkara çıxarıblar. Antioksidantlar qaragilə və qırmızı bibərin tərkibində də vardır. Bu maddələr zərərli molekulları udub arteriyaları müdafiə edir, xərçəngin əmələ gəlməsinin əsas səbəbi olan DNT-nin zədələnməsinin qarşısını alır.