Xəzərdə hərbi təlim keçirilir

19 Noyabr 2017 15:52 (UTC+04:00)

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hərbi təlimə Xəzər donanmasının 20 gəmi və kateri, o cümlədən "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" "Velikiy Ustyuq", "Volqodonsk", "Mahaçqala" və "Astraxan" kiçik raket və artilleriya gəmiləri qatılıb. Təlimdə məqsəd "düşmən"in hava hücumunu dəf etməkdir.