Polis sevgilisini və ailəsini öldürdü

19 Noyabr 2017 14:53 (UTC+04:00)

Fransanın Sarsel şəhərində polis 3 nəfəri güllələyərək öldürüb, 3 nəfəri yaralayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polis sevgilisini, onun anasını və bacısını yaralayıb, sevgilisinin atasını və qonşuluqda yaşayan 2 nəfəri isə öldürüb. Daha sonra 31 yaşlı polis əməkdaşı atəş açaraq özünə qəsd edib. Baş verən hadisəyə səbəb polisin sevgilisinin bir müddət əvvəl ondan ayrıldığını bildirməsi olub.