Azərbaycanda bu məhsulların istehsalı azalıb

19 Noyabr 2017 11:56 (UTC+04:00)

2017-ci ilin yanvar-oktyabr aylarında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 172,1 milyon manatlıq məhsul istehsal olunub. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 30,5 faiz, elektrik avadanlıqlarının istehsalı isə 59,9 faiz artıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, on ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 2,4 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,9 dəfə artıb. 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı da artaraq 43,9 faiz olub.