Çoxmərtəbəli binada yanğın

19 Noyabr 2017 09:54 (UTC+04:00)

Bakıda yaşayış binasında yanğın olub. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 7-ci mərtəbəsində 9 ədəd elektrik sayğacı və elektrik açarı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.