Cocuq Mərcanlıda təmizləmə əməliyyatı aparılır

19 Noyabr 2017 10:27 (UTC+04:00)

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb. ANAMA-dan SİA-ya verilən məlumata görə, noyabrın 18-də Cocuq Mərcanlı kəndində gün ərzində 8 500 kv.m (0.85 ha) ərazi tam təmizlənib, 7 500 kv.m (0.75 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb, mina və partlamamış hərbi sursat aşkar edilməyib. İki gün ərzində 2 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 21 000 kv.m (2.10 ha) ərazi tam təmizlənib, 13 500 kv.m (1.35 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.