Anonim zəng - Putinin yoluna 50 bomba qoyulub

18 Noyabr 2017 16:05 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin avtomobil kortejinin Sankt-Peterburqda keçəcəyi yolda 50 bomba quraşdırılması barədə 60 anonim zəng daxil olub.

Bu barədə ölkə başçısının mətbuat katibi Dmitri Peskov bəyan edib.

Cümə günü Rusiya lideri Sankt-Peterburqda Mədəniyyət forumunda iştirak edib.

“Müxtəlif obyektlərdə, o cümlədən, prezident kortejinin keçəcəyi yollarda, təxminən 50 partlayıcı qurğunun quraşdırılması barədə 60-a yaxın anonim zəng daxil olub” - Pskov bildirib.

Kreml nümayəndəsinin sözlərinə görə, təhlükəsizlik xidmətinin əməkdaşları bütün obyektləri yoxlayıblar, lakin heç nə aşkarlanmayıb. D. Peskov onu da qeyd edib ki, zənglər dövlət başçısının iş qrafikinə təsir etməyib.