İnsandan insana baş köçürüldü- Dünyada bir ilk

18 Noyabr 2017 10:43 (UTC+04:00)

Dünyada ilk dəfə insandan insana baş köçürülüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Cində meyit üzərində aparılan əməliyyat 18 saat davam edib. Belə ki, əməliyyat zamanı onurğanı, sinirləri və damarları uğurlu şəkildə birləşdirmək mümkün olub.

Çinli həkim Jen Syaopinin başçılığı ilə aparılan əməliyyat, Xarbin Tibb Universitetindən olan komanda tərəfindən həyata keçirilib.

Qeyd edək ki, sağ insan üzərində baş köçürülməsi əməliyyatının isə yaxın günlərdə aparılması gözlənilir.