Mənzildən 40 min manatlıq qızıl oğurlanıb

18 Noyabr 2017 10:33 (UTC+04:00)

Bakıda mənzildən 40 min manatlıq qızıl oğurlanıb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda baş verib.

Rayon sakini Fərhad Məmmədov polisə müraciət edərək yaşadığı evdən 40 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanılıb.