Gəncədə yol qəzasında qadın xəsarət alıb

18 Noyabr 2017 10:31 (UTC+04:00)

Gəncə şəhərində yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, ”VAZ 21 015” markalı minik avtomobili yük maşınına çırpılıb. Minik maşınında olan Kəmalə Xudiyeva bədən xəsarəti alıb. Xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağırdır. Araşdırma aparılır.

Ilham Məmmədov